Türkiyə dünyada ilk dəfə PUA-dan qanadlı raket buraxılışını həyata keçirib - VİDEO

12-05-2023, 12:05           
Türkiyə dünyada ilk dəfə PUA-dan qanadlı raket buraxılışını həyata keçirib - VİDEO
Türkiyə uzaq məsafəli raketini uğurla sınaqdan keçirib.

Bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir sosial şəbəkə hesabında yazıb.

“Türkiyə səmasının qoruyucusu olan SİPER meydana enməzdən əvvəl etdiyi son sınaqda hədəfi uzaq məsafədən dəqiq vurdu. Quruda, havada, dənizdə və kosmosda müstəqilliyimiz və gələcəyimiz üçün gecə-gündüz çalışmaqda davam edirik! Təbrik edirik!”, - İ.Dəmir qeyd edib.
O, eyni zamanda bildirib ki, Türkiyə dünyada ilk dəfə PUA-dan qanadlı raket buraxılışını həyata keçirib. “Akıncı” PUA-sından atılan “Çakır” raketinin bütün kritik komponentləri, o cümlədən mühərriki yerli istehsaldır və o, hədəfi dəqiq zərbə ilə vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru