İzmirdə atışma: 5 ölü, 2 yaralı - FOTO

12-05-2023, 12:08           
İzmirdə atışma: 5 ölü, 2 yaralı - FOTO
İzmirin Menderes rayonunda baş verən silahlı insident nəticəsində 5 nəfər həyatını itirib, daha 2 nəfər isə yaralanıb.

Hadisə axşam saatlarında rayon ərazisindəki kafedə baş verib.

Əldə edilən məlumata görə, aralarında borc problemi olan iki qrup söhbət etmək üçün bir araya gəlib. Aralarındakı mübahisə silahlı toqquşmaya çevrilib.

Əraziyə çox sayda polis və təcili yardım gəlib.
Davada xəsarət alan şəxslər təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Hadisə ilə bağlı genişmiqyaslı araşdırmalara başlanılıb.



Mənbə: İHA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru