“Kılıçdaroğlu onları mənim qədər tanımır”

13-05-2023, 00:01           
“Kılıçdaroğlu onları mənim qədər tanımır”
“Kamal Kılıçdaroğlu Rusiyaya sataşmağa başlayıb”.

Teref.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, Kılıçdaroğlunun Rusiyanın ölkədəki seçkilərə müdaxilə etməsi ilə bağlı iddialarına cavab verib: “Onun dediyinə görə, Türkiyədəki seçkiləri Rusiya yönləndirir. İndi mən də durub desəm ki, Türkiyədəki seçkiləri ABŞ, Almaniya, Fransa, İngiltərə idarə edir, nə deyəcəksən? Mən bütün bunların ruhuna bələdəm. 20 ildir onlarla görüşürüm. Sən onları haradan tanıyırsan? Onda yalanlar boldur”.

Xatırladaq ki, Türkiyə müxalifətinin prezidentliyə vahid namizədi Kamal Kılıçdaroğlu öz sosial şəbəkə hesabında paylaşım edərək, Rusiyanı seçkiyə müdaxilə etməməyə çağırıb. Kremlin rəsmi sözçüsü Dmitri Peskov isə Kılıçdaroğlunun bu iddiasına cavab verərək, “Rusiyanın Türkiyədə keçiriləcək seçkilərə müdaxiləsindən söhbət gedə bilməz” deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru