Kremldən Bay Kılıçdaroğlunun açıqlamasına cavab: “Bunu ancaq yalançılar deyər”

13-05-2023, 00:18           
Kremldən Bay Kılıçdaroğlunun açıqlamasına cavab:
RF Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Türkiyədəki prezident və parlament seçkilərinə müdaxiləsinin mümkünlüyü barəsindəki şayiələri təkzib edib, bu cür məlumatları yalnız yalançıların yaydığını söyləyib.

Türkiyə prezidentliyinə müxalifətin namizədi, CHP partiyasının sədri Kemal Kılıçdaroğlu “Tvitter” səhifəsində rus dilində yazı paylaşaraq Rusiyanı seçkilərə müdaxilə eləməməyə çağırmışdı.

Peskov mayın 12-də jurnalistlərə açıqlamasında deyib: “Biz belə bəyanatları qətiyyətlə rədd edirik, rəsmən bəyan edirik ki,heç bir müdaxilədən söhbət gedə bilməz. Kimsə cənab Kılıçdaroğluna belə bir informasiya vermişdirsə, o zaman onlar yalançılardırlar. Onları belə adlandırmaq lazımdır”.

Peskov deyib: “Biz Türkiyə ilə ikitərəfli münasibətlərimizi çox yüksək qiymətləndiririk, çünki, bu ölkə qarşılaşdığımız regional və dünya məsələlərinin tam bir kompleksində çox məsuliyyətli, suveren, müdrik mövqe tutur və bu mövqe bizim üçün dəyərlidir. İkitərəfli münasibətlərə dəyər verən bir ölkə öz tərəfdaşına qətiyyən müdaxilə eləməz”.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.