Rusiyaya xəbərdarlıq edən CHP-nin bu dəfəki həmləsi

14-05-2023, 08:24           
Rusiyaya xəbərdarlıq edən CHP-nin bu dəfəki həmləsi
“Türkiyə müxalifəti Moskva ilə münasibətləri yaxşılaşdırmaq və ikitərəfli münasibətlərdəki bir sıra problemləri dialoq yolu ilə həll etmək niyyətindədir”.

Teleqraf.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr müavini Oğuz Salıcı bildirib.

Onun sözlərinə görə, Türkiyə Cümhuriyyət Xalq Partiyası Rusiya tərəfi ilə yaxşı münasibətlər saxlamağı zəruri hesab edən fraksiyadır.

"Təkcə Rusiya Federasiyası ilə deyil, həm də bütün qonşularımızla...Bizim Rusiya ilə bir sıra problemlərimiz var, lakin biz onları dialoq yolu ilə həll etmək və münasibətləri daha da yaxşı nöqtəyə çatdırmaq istəyirik", - Salıcı bildirib.

O əlavə edib ki, Kılıçdaroğlu komandası Rusiya Federasiyası ilə münasibətləri “dövlətlərarası, idarələrarası səviyyədə” qurmaq niyyətindədir, belə ki, bu, Yaponiya, Çin, ABŞ, Avropa İttifaqı ilə də olacaq.

Qeyd edək ki, bir müddət əvvəl türkiyəli analitik Engin Özər demişdi ki, Türkiyə müxalifəti hakimiyyətə gəlsə, ABŞ prezidenti Co Bayden administrasiyası ilə razılığa gəlməkdə problem olmayacaq.

Türkiyədə prezident seçkiləri mayın 14-ü bazar günü keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru