Seçki üçün Türkiyəyə gəlmişdi – İlk təyyarə ilə geri qaytarıldı

14-05-2023, 19:06           
Seçki üçün Türkiyəyə gəlmişdi –
Fransa Yaşıllar Partiyasından olan deputat Sandra Reqol bu gün keçirilən seçkilərlə əlaqədar PKK terror təşkilatının siyasi qanadı HDP tərəfindən Türkiyəyə dəvət olunmuşdu.

Teleqraf.com xəbər verir ki, fransız siyasətçi sosial media hesabında Türkiyəyə gedərkən İstanbul hava limanından geri qaytarıldığını açıqlayıb.

“Bu həftə sonu seçkilərlə əlaqədar Türkiyəyə getməli idim. Cümə günü günortadan sonra İstanbula gələndə mənə ölkəyə giriş qadağası barədə məlumat verildi. Bir gecə orada saxladılar, 14 saat sonra ilk təyyarə ilə geri göndərildim. Bu qadağa ilə bağlı məlumatım yox idi, şifahi olaraq deyirdilər ki, seçkilər bitənə qədər davam edəcək”, - Reqol bildirib.

Eyni zamanda, fransalı deputat heç bir Türkiyə rəsmisinin onu saxlamağa və ya ittiham etməyə cəhd göstərmədiyini deyib.

HDP-PKK ilə əməkdaşlıq edən Sandra Reqol Parisdə bu terror təşkilatının yaranmasının ildönümü də daxil olmaqla, Türkiyə əleyhinə bir çox separatçı tədbirdə iştirak edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.