Ərdoğan Türkiyədə prezident seçkilərində liderdir - VİDEO

14-05-2023, 20:51           
Ərdoğan Türkiyədə prezident seçkilərində liderdir - VİDEO
Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 24,66 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 54,63 faiz səslə öndədir.
İkinci yerdə 39,39 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.

Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,42 faiz).
Ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir.

Parlament seçkilərinin ilkin nəticələrinə görə, hakim Ədalət və İnkişaf Partiyası 45,55 faiz, müxalif Cümhuriyyət Xalq Partiyası 16,04 faiz, Milliyyətçi Hərəkat Partiyası 14,43 faiz, İYİ Partiya 7,73 faiz, Yaşıl Sol Partiya 7,76 faiz səs toplayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru