Kılıçdaroğlu seçkiyə görə onlarla yolunu ayırdı

17-05-2023, 09:24           
Kılıçdaroğlu seçkiyə görə onlarla yolunu ayırdı
CHP sədri Kemal Kılıçdaroğlu prezident seçkilərinin ilk turunda seçki kampaniyasını idarə edənlərlə yollarını ayırıb.

Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, Kılıçdaroğlu kampaniyası üzrə məsul şəxslər olan Akan Abdula və Ali Kiremitçioğlu ilə vidalaşıb.

Həmçinin, Kılıçdaroğlunun ikinci turda seçki kampaniyasını İstanbul bələdiyyəsinin sədri Ekrem İmamoğlu və CHP-nin İstanbul vilayət təşkilatının rəhbəri Canan Kaftancıoğlunun aparacağı barədə məlumat yayılıb.

Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin ikinci turu 28 mayda keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru