CHP Rusiyaya meydan oxuyurdu... - Ərdoğan

17-05-2023, 09:33           
CHP Rusiyaya meydan oxuyurdu... - Ərdoğan
Bəzi çatışmazlıqları aradan qaldırmaqla "Türkiyə Yüz ili"ni gücləndirərək, yola davam etmək istəyirik.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərdən sonra mediaya ilk geniş açıqlamasında deyib.

“CHP kimi Rusiyaya meydan oxumaq niyyətində deyilik. Rusiya, Amerika, Çin və Qərblə dialoqda olduq. Bundan sonra da elə olacaq. Siz bir ölkəni kənara qoyarsınızsa, itirərsiniz”, - deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, 14 may seçkilərindən öncə "Altılı masa"nın vahid namizədi, CHP lideri Kamal Kılıçdaroğlu Rusiyanın seçkilərə müdaxilə etdiyi iddiası ilə Moskvaya sərt xəbərdarlıq etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru