AKP-dən erməni əsilli şəxs Türkiyə parlamentinə deputat SEÇİLDİ
17-05-2023, 17:44
Erməni əsilli şəxs Türkiyə parlamentinə deputat seçilib.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, Türkiyə parlamentinə erməni əsilli deputat seçilib. Türkiyə mətbuatının məlumatına görə, ixtisasca həkim olan Sevan Sıvaçoğlu Türkiyə Böyük Millət Məclisində hakim partiya (Ərdoğanın partiyası) “Ədalət və İnkişaf” partiyasını təmsil edəcək.