Sallivan: “ABŞ Türkiyə ilə işləməyə davam edəcək”

18-05-2023, 12:03           
Sallivan: “ABŞ Türkiyə ilə işləməyə davam edəcək”
Prezident seçkilərinin ikinci turunda hansı namizədin qalib gəlməsindən asılı olmayaraq ABŞ Türkiyə ilə işləməyə davam edəcək.

Bu barədə çərşənbə günü ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan məlumat verib.

“Seçkidə kim qalib gəlsə, hazırkı prezident və ya digər namizəd olsun, istər Ukrayna, istər Yaxın Şərqdəki regional problemlər, istərsə də Türkiyənin ABŞ-nin NATO müttəfiqi kimi roluna dair bir sıra məsələlərdə Ankara ilə işləməyə davam edəcəyik”, - deyə ABŞ liderinin müşaviri Yaponiyadakı G-7 sammitinə uçarkən ölkə prezidenti Baydenin təyyarəsində keçirdiyi mətbuat brifinqində bildirib.
TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru