İncəyə kaset şantajı quran CHP-çi həbs edildi - “Ankara quşu” da saxlanıldı

18-05-2023, 10:59           
İncəyə kaset şantajı quran CHP-çi həbs edildi - “Ankara quşu” da saxlanıldı
Məhərrəm İncəni tora salmaq istəyən CHP üzvü həbs edilib.

Publika.az xəbər verir ki, Məmləkət Partiyasının sədri Məhərrəm İncənin prezident seçkilərində Kamal Kılıçdaroğlunun lehinə namizədliyini geri götürməsi üçün kaset şantajına məruz qalması ilə bağlı işin araşdırılmasında əhəmiyyətli dərəcədə irəliləyiş var.

Qeyd edək ki, İncəyə aid olduğu iddia edilən görüntülərin sosial şəbəkədə yayımlanmasından sonra Ankara Respublika Baş Prokurorluğu tərəfindən istintaq başladılmışdı. Həbs edilən 14 şübhəli şəxs prokurorluqda ifadə verib.

Bildirilir ki, M.A. sərbəst buraxılsa da, digər 13 şəxsin haqqında məhkəmə araşdırması davam etdirilib. O da məlum olub ki, hakim qeyd olunan cinayət əməlində şübhəli bilinən 13 nəfərdən 12-sini şərti azadlığa buraxıb. FETO-çu Cevheri Güvənin "Whatsapp" qrupunda paylaşdığı görüntüləri yayan CHP Şişli Gənclik Təşkilatının keçmiş vəzifəlisi Ozan Özgür Doğru isə həbs edilib.

Ankara Böyükşəhər Bələdiyyəsinin memarı, CHP-çi Vəli Koçak ev dustaqlığına buraxılıb. Eyni zamanda, “Ankara quşu” kimi tanınan fərari Oktay Yaşar da saxlanılıb.

Mehti Kamiloğlu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru