Türkiyənin sənət dünyasında SEÇKİ SAVAŞI

19-05-2023, 12:57           
Türkiyənin sənət dünyasında SEÇKİ SAVAŞI
Türkiyədə 14 mayda keçirilmiş və hələ başa çatmamış prezident seçkiləri ölkə vətəndaşlarını təbii olaraq fikir ayrılığına salıb.

Lent.az-ın məlumatına görə, mədəniyyət və incəsənət xadimləri 28 mayda keçiriləcək ikinci turdan öncə bir - birlərinə qarşı savaş açıblar.

Hazırkı dövlət başçısı Ərdoğanı və prezidentliyə namizəd Kılıcdaroğlunu dəstəkləyənlər bir – birinə qarşıdırlar.

Hər iki tərəfi dəstəkləyən məşhurlar təbliğat aparır, qarşı tərəfdə olanları təhqir edirlər.
Məsələn Ərdoğanı dəstəkləyən Özer Özel, Begüm Polat İbrahim Tatlısesə elə öz sənət dostları tərəfindən təzyiqlər gəldi, təhqir olundular.

Ərdoğanla Kılıcdaroğlu arasında gedən yarışda sənət aləmi bir - birinə qarşı ilk dəfə bu qədər sərt mövqe tutub.

Sosial mediada başladılmış “Susmamalısan!” adlı kampaniyaya qoşulan bir çox sənətçilər Kılıcdaroğlunu açıq şəkildə dəstəkləməyən sənət yoldaşlarının adını çəkir, təhqiramiz ifadələr işlədirlər. Bu münasibət Türkiyə mediasında faşizm kimi dəyərləndirilib.

Hər zaman Ərdoğanın yanında olan Kadir Çöpdemir, “dəyişim şərtdir” deyərək, mövqeyini dəyişib. Bu əlbəttə normaldır. Anormal olan onunla həmfikir olmayanları bu yola dartmağa cəhd, gəlməyənləri isə təhdid etməkdir.

Tuna Kiremitçi, Hakan Günday, Şener Şen, Yavuz Turgul, Nil Karaibrahimgil, Teoman, Zerrin Tekindor, Beyazıt Öztürk neden suskun” dedi. Ahmet Ümit, Hayko Cepkin, Cem Yılmaz, Hazal Kaya, Sarp Apak, Şanışer, Şahan Gökbakar, Zülfü Livaneli, Öykü Serter kimi məşhurlar Kılıcdaroğluna dəstək verməklə qalmayıb, qarşı mövqedə olanlara lağ ediblər.

Sənətkarlar siyasətə qarışa bilərlər? Əlbəttə. Bu hətta vacibdir. Bir ölkənin aydınlarının siyasi görüşlərinin, bilgilərinin olması yaxşı haldır. Amma bunu milli ayrıseçkilik, düşmənçilik toxumları səpməklə, məşhurluğundan istifadə edərək böyük kütlələri öz düşüncələrinin təsiri altına etməklə xətaya yol verirlər.

Zülfü Livaneli öz namizədini açıqlayanda alqışlayanlar İbrahim Tatlıses öz seçimini, sevgisini dilə gətirəndə fitə basmamalıdırlar. Uğur Işılak Ərdoğana mahnı bəstələyib deyə “yaltaq”, Mehmet Aslantuğ Kılıcdaroğluna mahnı bəstələdiyi üçün “kişi adam” adını almamalıdır.
Xalq xalqa qarşı çıxmamalıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.