Kamal Kılıçdaroğlu “Zəfər” partiyasının sədri Ümid Özdağ ilə görüşüb

19-05-2023, 21:47           
Kamal Kılıçdaroğlu “Zəfər” partiyasının sədri Ümid Özdağ ilə görüşüb
Türkiyə Prezident seçkilərində “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu “Zəfər” partiyasının sədri Ümid Özdağ ilə görüşüb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, görüş Ankarada “Zəfər” partiyasının Baş qərargahında baş tutub.

Görüş zamanı “ATA İttifaqı”nın ikinci turda hansı namizədə dəstək olacağı müzakirə olunub. Görüşün nəticələrinə dair iki partiya sədri jurnalistlərə açıqlama verib. Ümid Özdağ partiya və ittifaq üzrə tərəfdarları ilə müzakirədən sonra buna dair yekun qərarın veriləcəyini bildirib.

Qeyd edək ki, daha əvvəl seçkilərin birinci turunda “ATA İttifaqı”nın namizədi olmuş Sinan Oğan ikinci turdakı dəstəklə bağlı bu gün qərar verəcəyini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru