“Sinan Oğanın dəstəkçiləri prezidentimizin seçici bazasına daha yaxındır” - Fuat Oktay

19-05-2023, 21:49           
“Sinan Oğanın dəstəkçiləri prezidentimizin seçici bazasına daha yaxındır” - Fuat Oktay
Türkiyənin vitse-prezidenti Fuat Oktay “Haber Global”ın efirində gündəmlə bağlı açıqlamalar verib.

O, bildirib ki, mayın 14-də xalq açıq mesaj verib.

“Yeni əsrdə sizinlə addımlamağa hazırıq” dedilər. Seçimlərini açıq şəkildə ifadə etdilər. Ərdoğana “Sizinlə dayanmadan yola davam etmək istəyirik” dedilər. Lakin biz heç vaxt arxayın olmamışıq, 28 may hələ gəlməyib. O günə qədər heç bir arxayınlığın olmadığını bilirik. Yekun qərar hələ verilməyib. Son bir neçə gündə seçicilərimiz bizi xəbərdar edirlər ki, özünüzdən razı qalmayasınız. Biz öz elektoratımızla çox yaxınıq, bir yerdəyik. Onların problemlərinin həlli yollarını tapmağa çalışırıq”, - Oktay bəyan edib.

O, Türkiyə Prezidentilə bu posta namizəd olan Sinan Oğan arasında görüşə də toxunub.

“Prezidentimiz bunu dəfələrlə bəyan edib. Cümhur İttifaqı müxtəlif sövdələşmələr çərçivəsində heç bir görüş keçirməyib. Həmişə prinsiplər əsasında davranıb. Oğan bəylə görüş də eyni çərçivədə baş tutub. Sinan Oğan dəstəkçiləri prezidentimizin seçici bazasına daha yaxındır”, - vitse-prezident vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.