Rəcəb Təyyub Ərdoğan Sinan Oğanın şərtlərini qəbul etməyəcəyini desə də, onunla görüşməyə qərar verd

20-05-2023, 09:34           
Rəcəb Təyyub Ərdoğan Sinan Oğanın şərtlərini qəbul etməyəcəyini desə də, onunla görüşməyə qərar verd
Siyasətdə 2x2 mütləq 4 etmir və riyazi hesablamalar hər zaman özünü doğrultmur.
Sinan Oğanın Kamal Kılıçdaroğlu ilə mümkün razılaşması birincinin 5 faiz səsinin ikinci turda dəstək verəcəyi siyasətçinin xanəsinə yazılacağı anlamına gəlmir.
Birincisi, həmin 5 faizin tamamı Sinan Oğana verilən səs deyil. 5 faizin içində namizədliyini geri götürən Muhərrəm İncənin, Cumhurbaşkanı Rəcəb Təyyub Ərdoğana və onun əsas rəqibi Kamal Kılıçdaroğluna etiraz edənlərin səsləri var.
Bu hesabla ikinci turda Sinan Oğanın səsləri böyük ehtimalla Kamal Kılıçdaroğlu ilə Rəcəb Tayyib Ərdoğan arasında bölünəcək. Ona görə Ərdoğan arxayın şəkildə “mən Sinan Oğanın şərtlərini qəbul etməyəcəm” fikrini söyləyib.
Başqa sözlə Ərdoğanın Oğanın dəstəyinə ehtiyacı yoxdur. Kamal Kılıçdaroğlu qələbə çalmaq üçün birinci turda seçkiyə qatılmayan təxminən 8 milyon insanın ikinci turda seçki məntəqələrinə getməsinə nail olmalıdır. Qısa müddət ərzində bunu reallaşdırmaq son dərəcə çətin vəzifədir.
P.S. Rəcəb Təyyub Ərdoğan Sinan Oğanın şərtlərini qəbul etməyəcəyini desə də, onunla görüşməyə qərar verdi.
Elxan Şahinoğlu
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.