Azərbaycanda Türkiyə vətəndaşları üçün prezident seçkisinin ikinci turunda səsvermə prosesi başlayır 20-05-2023, 11:09 Bu gün Azərbaycanda Türkiyə vətəndaşlarının bu ölkədə keçiriləcək prezident seçkilərinin ikinci turunda səsverməsi prosesi başlayacaq.Oxu.Az xəbər verir ki, səsvermə mayın 20-22-də Bakıdakı səfirliyin, Gəncə və Naxçıvandakı baş konsulluqların binalarında keçiriləcək.Mayın 20-də və 21-də səfirlikdə 4, mayın 22-də isə bir seçki qutusu quraşdırılacaq. Facebook-da paylaş