Türkiyədə dəniz sahilində müəmmalı çəllək aşkarlandı - FOTO

23-05-2023, 09:27           
Türkiyədə dəniz sahilində müəmmalı çəllək aşkarlandı - FOTO
Türkiyənin Zonguldak vilayətində Kapuz çimərliyində dəniz sahilində müəmmalı çəllək aşkarlanıb.

Hadisə yerinə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) qrupları cəlb ediliblər.

AFAD əməkdaşları dənizdən sahilə vuran çəlləyin üzərində araşdırma aparıblar. Daha sonra çəllək kran vasitəsilə sudan çıxarılıb.

Çəlləyin haradan gəldiyi və içində nə olduğu ilə bağlı hələ məlumat verilməyib.


Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru