Sinan Oğan Ərdoğanın verdiyi bu vədə görə onu dəstəkləyibmiş

23-05-2023, 11:16           
Sinan Oğan Ərdoğanın verdiyi bu vədə görə onu dəstəkləyibmiş
ATA İttifaqının Türkiyə Prezidenti postuna namizədi Sinan Oğan ikinci turda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini bildirməsi dünya mətbuatının gündəmi olub.

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, CNN telekanalı “Türkiyənin 3-cü prezidentliyə namizədi Ərdoğanı dəstəkləyir” başlıqlı xəbərində Oğanın seçicilərini Ərdoğanı dəstəkləməyə çağırdığını bildirib.Qəzet Oğanın qərarında xüsusilə terrorla mübarizənin təsirli olduğunu yazıb.

TVP World "Türkiyənin 3-cü namizədi Ərdoğanı dəstəklədi, müxalifətə meydan oxudu" başlıqlı xəbərdə diqqətçəkən məqama da toxunub. Xəbərdə Oğanın "Kılıçdaroğlu bizi gələcəklə bağlı inandırmır. Terrorla davamlı mübarizə aparacağına söz verdiyi üçün Ərdoğanı dəstəkləmək qərarına gəlirəm" dediyini qeyd edilib.

Qeyd edək ki, Sinan Oğan seçkilərin ilk turunda 5%-dən çox səs toplayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru