Türkiyədə “Tayfun” qısa mənzilli raketinin ikinci test uçuşu həyata keçirilib

23-05-2023, 11:41           
Türkiyədə “Tayfun” qısa mənzilli raketinin ikinci test uçuşu həyata keçirilib
Türkiyədə “Tayfun” qısamənzilli raketinin ikinci test uçuşu həyata keçirilib.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, proses Rizə-Artvin hava limanı ərazisində baş tutub.

Məlumata görə, sınaq uğurla həyata keçib.

Bildirilib ki, belə test uçuşları adətən Sinopda həyata keçirilir. Hazırkı sınağın Rizədə baş tutması isə təsadüfi deyil. Çünki uçuşun Sinopda həyata keçirilməsi Türkiyənin Ukrayna və Rusiyanın hava sərhədlərini pozması deməkdir.

Qeyd edək ki, “Tayfun”un ilk sınaq uçuşu 2022-ci il oktyabrın 22-də həyata keçirilib.

Türkiyənin “Roketsan” şirkəti tərəfindən hazırlanan raket 561 km məsafədəki hədəfi 458 saniyəyə vurub.

Raketin hazırlanması bir neçə il gizli şəkildə həyata keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru