Fransadan Türkiyəyə qayıtmaq istəyən aktrisanı TƏYYARƏYƏ BURAXMADILAR - FOTO Fransadan Türkiyəyə qayıtmaq istəyən aktrisanı TƏYYARƏYƏ BURAXMADILAR - FOTO

23-05-2023, 12:49           
Fransadan Türkiyəyə qayıtmaq istəyən aktrisanı TƏYYARƏYƏ BURAXMADILAR - FOTO
Məşhur aktrisa Merve Dizdar iştirak etdiyi 76-cı "Kann Film Festivalı"ndan qayıdarkən başına iş gəlib.

BAKU.WS xəbər verir ki, o Fransadan Türkiyəyə getmək istədiyi təyyarəyə buraxılmayıb. Türkiyədə "Ömer" serialının çəkilişlərinə qatılmaq üçün ölkəsinə qayıtmaq istəyən Merve Fransada qalıb.

Bu barədə aktrisa özü məlumat verib:

"Çəkilişə çata bilmək üçün 2 saat əvvəl "Kann Film Festivalı"ndan çıxıb "Nice" hava limanına gəldim. 24 saat ərzində qeydiyyatdan keçməyə çalışdığım təyyarə yenidən bron edildiyi üçün məni ora minməyə qoymadılar. Sabah tezdə mənim çəkilişim var və mən təyyarəyə minə bilmədim. Bu vəziyyətdə olan daha 4 nəfər də var. Bunun bir açıqlaması olmalıdır!".

Xatırladaq ki, bu il Fransada keçirilən 76-cı Kann Film Festivalında türkiyəli rejissor və ssenari müəllifi Nuri Bilge Ceylanın "Kuru Otlar Üstün" filminin dünya premiyerası reallaşıb.

11 dəqiqə ayaq üstə alqışalan ekran işi bir çoxlarına təsirli anlar yaşanıb. Premiyerada filmin aktyoları Deniz Celiloğlu, Merve Dizdar, Musab Ekici, Ece Bağcı, Cengiz Bozkurt, Münir Can Cindoruk, Elif Ürse, Erdem Şenocak, Elit Andaç Çam və Nalan Kuruçim də iştirak ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru