“Türk Evi”nə hücumda şübhəli bilinən şəxs ABŞ-də axtarışa verilib

25-05-2023, 08:38           
“Türk Evi”nə hücumda şübhəli bilinən şəxs ABŞ-də axtarışa verilib
ABŞ-nin Nyu-York şəhərində yerləşən “Türk Evi”nə hücumda şübhəli bilinən şəxs axtarışa verilib. Türkiyə rəsmiləri araşdırmalardan sonra şübhəlinin şəxsiyyətini müəyyən edib və bununla bağlı Nyu-York şəhər Polis Departamentinə məlumat verib.

Hücumda Türkiyənin Giresun rayonunda qeydiyyatda olan və Türkiyədə sağlamlığa zərər vurma, hədələmə və narkotik saxlama maddələri ilə məhkum olunmuş Rəcəb Akbıyıkın iştirak etdiyi müəyyən edilib. Onun psixi problemləri olduğu bildirilib.

Nyu-York şəhər Polis Departamenti ötən gün şübhəlinin qaldığı evsizlər sığınacağında axtarışlar aparıb.
Qeyd edək ki, Türkiyənin Nyu-Yorkdakı Baş Konsulluğunun və BMT-dəki daimi nümayəndəliyinin yerləşdiyi “Türk Evi” adlanan inzibati bina mayın 23-də hücuma məruz qalıb. BMT ilə üzbəüz yerləşən binanın pəncərələri sındırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru