Türkiyədə neçə nəfər oxuma-yazma bilmir? - Rəsmi

27-05-2023, 12:08           
Türkiyədə neçə nəfər oxuma-yazma bilmir? - Rəsmi
Bu ilin əvvəlinə olan məlumata görə Türkiyədə 1 milyon 826 min 577 nəfər oxuma-yazma bilmir, 793 min 525 nəfərin isə oxuma-yazma bilib-bilmədiyi barədə məlumat yoxdur.

Bakupost.az xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsi məlumat yayıb.
Bildirilir ki, Türkiyədə 6 yaşından yuxarı (məktəb yaşı) insanların sayı 76 milyon 593 min 361 nəfər olub və bunların 73 milyon 973 min 259 nəfəri oxuma-yazma bilib.
Oxuma-yazma bilməyən kişilərin sayı 280 min 559 nəfər, qadınların sayı isə 1 milyon 546 min 18 nəfər olub.
6 yaşından yuxarı kişilərin 0,7%, qadınların isə 4,3%-i oxuma-yazma bilmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru