Türkiyə ordusundan PKK-ya qarşı əməliyyat: 22 nəfər saxlanıldı
30-05-2023, 08:01
Türkiyənin Şırnak əyalətində PKK terror təşkilatına qarşı əməliyyat zamanı 22 nəfər saxlanılıb. Bakupost.az xəbər verir ki, əyalətin təhlükəsizlik qurumları PKK terror təşkilatına qarşı iri miqyaslı əməliyyata başlayıb. Əməliyyat zamanı 22 nəfər saxlanılıb. Onlardan 4-ü şübhəli şəxs qismində həbs edilib, digərləri sərbəst buraxılıb.