Türkiyədə güclü yağış magistral yolu iki yerə böldü - VİDEO

30-05-2023, 08:22           
Türkiyədə güclü yağış magistral yolu iki yerə böldü - VİDEO
Türkiyədə qəfil başlayan güclü yağış Bilecik Söğüt-İnhisar magistral yolunu ikiyə bölüb.

Ötən günlərdə bu səbəbdən qəzalı vəziyyətə düşən və müvəqqəti təmir edilən Söğüt-İnhisar avtomobil yolu ötən gün həddindən artıq yağıntı səbəbindən yenidən nəqliyyata bağlanıb. Belə ki, yağışın təsiri ilə yol ikiyə ayrılıb, böyük bir hissəsi isə çöküb.

Bölgəyə Kənd Təsərrüfatı İdarəsi və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) qrupları sövq ediliblər.

Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru