Ərdoğanın andiçmə mərasimi nə vaxt keçiriləcək?

30-05-2023, 10:27           
Ərdoğanın andiçmə mərasimi nə vaxt keçiriləcək?
Türkiyədə yenidən prezident seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi iyunun 2-si və yaxud 6-sı keçirilə bilər.

Bundan sonra dövlətin yüksək səviyyəli kadrları və yeni kabinet eyni vaxtda formalaşacaq və işə başlayacaq.

Qeyd olunur ki, Ali Seçki Şurası prezident və parlament seçkilərinin yekun nəticələrini bu gün açıqlayacaq. Deputatların da iyunun 2-si and içəcəyi bildirilir.
Milliyet












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.