İYİ Partiyada sular durulmur - Akşənərin taxtına rəqib çıxdı

1-06-2023, 08:37           
İYİ Partiyada sular durulmur -
Türkiyədə keçirilən prezident seçkisindəki məğlubiyyətdən sonra CHP-də təxirə salınan qurultay çağırışı yenidən yüksək səslə dilə gətirilərkən, kulislərdə 24-25 iyunda İYİ Partiyanın keçiriləcək qurultayında partiya başqanı Maral Akşənərə rəqib çıxacağı danışılır.

Teleqraf.com xəbər verir ki, seçkilərdən dərhal sonra partiyadaxili müzakirələr və Kamal Kılıçdaroğlunun namizədliyi ilə bağlı polemika yenidən alovlanıb.

İYİ Partiya sədri Akşənər dünən Ali Divanı toplayıb. Mətbuata qapalı keçirilən iclasda prezident və parlament seçkilərinin nəticələri müzakirə olunub.

Akşənər Divan üzvlərinin fikirlərini dinləyərkən, seçki prosesindən məsul kimi “Altılıq Masası” göstərilib və müxalifət partiyalarının buraxdığı səhvlərə diqqət çəkilib. İclasda iyunun 24-25-də keçirilməsi planlaşdırılan qurultay da müzakirə edilib.

Qurultaydan əvvəl partiya daxilində Akşənərə qarşı formalaşmış müxalifətin fəallaşacağı deyilir. Məlumata görə, müxalif komanda qurultaya öz namizədi ilə gedəcək.

Bütün bunlardan sonra diqqətçəkən bir gəlişmə yaşanır. Kulis məlumatına görə, Yavuz Ağıralioğlu ətrafında birləşənlər İstanbulda Akşənərə qarşı toplantı keçirib.

Ağıralioğlu 5 il üzvü olduğu İYİ Partiyadan bu ilin martında ayrılıb. Siyasətçi mayın 14-də keçirilən prezident və parlament seçkilərində uğurlarına görə Prezident Rəcəb Tayyib Ərdoğan və Cümhur İttifaqını təbrik etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru