Türk müğənni NASA-ya çağırış edib

3-06-2023, 13:44           
Türk müğənni NASA-ya çağırış edib
NASA ilk ictimai toplantısını keçirdi və burada "naməlum hava hadisələri" (UFO) adlı obyektlər haqqında məlumatlarını paylaşdı. SİA xarici mətbuata istinadən xəbər verir ki, iclasda çıxış edən Müdafiə Nazirliyinin rəsmisi Dr. Sean Kirkpatrick, indiyə qədər naməlum hava cisimləri ilə bağlı 800-dən çox məlumat aldıqlarını, ayda 50-dən 100-ə qədər hesabat aldıqlarını söylədi.

Yüz minlərlə insanın canlı izlədiyi yığıncaqda ABŞ Müdafiə Nazirliyinin ötən il qeydə aldığı və binalar üzərində sürətlə hərəkət edən görüntünün paylaşıldığı və obyektin, hələlik, müəyyən edilə bilmədiyi bildirilib. Bəyanatda həmçinin NASA-nın hələ "hər hansı fövqəlbəşəri kəşfiyyat və ya bunun fövqəladə sübutunu görmədiyi" ifadə edildi.

Bu açıqlamadan sonra türk müğənni Aleyna Tilki də sosial media hesabından paylaşım edib.

O, paylaşımında "Ən böyük investisiyalar kosmosa edilirsə, o zaman yadplanetlilərlə görüşmək bizim haqqımızdır" ifadələrindən istifadə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru