Türkiyədə dolların məzənnəsi 21 TL-ni ötdü - Yeni rekord

5-06-2023, 23:18           
Türkiyədə dolların məzənnəsi 21 TL-ni ötdü - Yeni rekord
Türkiyədə lirə kəskin şəkildə ucuzlaşmaqda davam edir.
Bakupost.az -ın məlumatına görə, iyunu 5-də birjalarda (Bakıda vaxtı ilə saat 07:50-da) Dollar/Türkiyə Lirəsi məzənnəsi rekordunu yeniləyib 21,15 səviyyəsinə qədər yüksəlib. Başqa sözlə, TL təkcə bu gün dollar qarşısında 0,8% dəyər itirib. Son bir ayda isə lirə 8% ucuzlaşıb.
Türkiyə Mərkəzi Bankı isə dolların bugünkü məzənnəsini alış üzrə 20.8447 TL, satış üzrə 20.8822 TL müəyyən edib. Türkiyə lirəsi paralel olaraq Azərbaycan manatı qarşısında da rekord şəkildə eniş edib. Azərbaycan Mərkəzi Bankının iyunun 5-də açıqladığı məzənnəyə əsasən 1 TL 0,0805 manata ticarət edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru