TBMM-in sədri vəzifəsinə namizəd irəli sürüldü

6-06-2023, 09:04           
TBMM-in sədri vəzifəsinə namizəd irəli sürüldü
Hakim Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Numan Qurtulmuş Türkiyə Böyük Millət Məclisinin sədrliyinə namizəd göstərilib.

Bu barədə MHP üzvü Ərkan Akçay bildirib.

Məsələ ilə bağlı danışan AKP-çi Abdullah Gülər bununla bağlı təklifi MHP-dən olan deputat Ərkan Akçayla birlikdə verdiklərini söyləyib:

“Qazilər məclisimizdə “Türk əsri”nə yaraşan bir dövr yaratmaq istəyirik. Biz digər müxalifət partiyaları ilə də işləyəcəyik ki, keyfiyyətli qanunlar qəbul edək. Numan bəy sədr olacaq. Uğurlar”.

O qeyd edib ki, Numan Qurtulmuş Cümhur İttifaqının namizədi kimi irəli sürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru