Davudoğlu və Babacandan sürpriz həmlə - CHP bunu gözləmirdi

6-06-2023, 16:05           
Davudoğlu və Babacandan sürpriz həmlə - CHP bunu gözləmirdi
Mayın 14-də Türkiyədə keçirilən seçkilərdə CHP-nin siyahısından parlamentə daxil olan DEVA, Gələcək və Səadət partiyalarının ümumilikdə 35 millət vəkili var.

TEREF.AZ teleqraf.com-a istinadla xəbər verir ki, “Sözcü” qəzeti 15 deputatı olan DEVA ilə 10 deputatı olan Gələcək Partiyasının birləşmə danışıqları apardığını yazır.

“Bu iki siyasi partiyanın birləşməsi üçün danışıqlar aparılır. Bununla bağlı xeyli məsafə qət edilib. DEVA (sədr Əli Babacan) və Gələcək Partiyası (sədr Əhməd Davudoğlu) bir-birinə yaxındır. Beləliklə, birləşmə çətin olmayacaq. Bu partiyalarda birləşmə baş verərsə, Davudoğluna “fəxri sədr” ünvanı da verilə bilər”, - məlumatda deyilir.

Qurulması planlaşdırılan sistemin parlamentdə güclü təmsil olunması üçün Səadət Partiyası ilə əlaqə saxlanıldığı bildirilir:

“İki partiyanın liderləri arasında danışıqlar davam edərkən, Türkiyə Böyük Millət Məclisində güclü fraksiya yaratmaq üçün Səadət Partiyasının da bura daxil edilməsi hədəflənir. Səadət Partiyasının sədri Təməl Karamollaoğlu ilə Gələcək Partiyasının sədri Əhməd Davudoğlu arasında görüş keçirilib”.

Sədri Gültəkin Uysal olan Demokrat Partiyasını da yeni qruplaşmaya daxil edilməsi hədəflənib. Plan baş tutarsa, sözügedən partiyaların birləşməsindən parlamentdə 38 nəfərlik bir fraksiya formalaşacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.