Türkiyədə turistlərin üzərinə ağac aşdı: 1 ölü, 2 yaralı var

8-06-2023, 00:02           
Türkiyədə turistlərin üzərinə ağac aşdı: 1 ölü, 2 yaralı var
Türkiyənin Muğla bölgəsinin Seydikemer rayonunda şəlaləyə doğru gedən 10 nəfərlik qrupun üzərinə ağac aşıb.

"Unikal" xəbər verir ki, hadisədə rus turist Alla Medvedevo (63) ölüb Servet Çoban (21) və İngiltərə vətəndaşı Emili Qrivet (19) yaralanıb.

Seydikemerin Kayadibi məhəlləsindəki özəl müəssisədə yerləşən şəlaləyə çatmaq üçün yağan yağış torpağı yumşaltdığı üçün ağac gəzən turist qrupunun üzərinə aşıb. Ağacın altında qalan 10 nəfərlik qrupda Rusiya vətəndaşı Alla Medvedevo, Britaniyalı Emili Qrivet və Servet Çoberd yaralanıb. Yaralılar sağlamlıq qrupları tərəfindən Fəthiyədə xəstəxanalara aparılıb və müalicə olunub. Yaralılar arasında vəziyyəti ağır olan Medvedevonu həkimlərin müdaxiləsinə baxmayaraq xilas etmək mümkün olmayıb. Müalicəsi davam edən digər 2 yaralının səhhətinin yaxşı olduğu, həyati təhlükəsinin olmadığı bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru