Kreml sahibi Ərdoğanın təklifinə müsbət yanaşmayacaq

8-06-2023, 08:04           
Kreml sahibi Ərdoğanın təklifinə müsbət yanaşmayacaq
Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan gün ərzində həm Ukrayna prezidenti Volodimir Zelenski, həm də Rsuiya prezidenti Vladimir Putinlə telefonla danışıb.
Ərdoğan hər iki prezidentlə Rusiya-Ukrayna müharibəsindəki son vəziyyəti müzakirə edib. Ərdoğan ukraynalı həmkarıyla danışıq zamanı Kaxovka bəndində baş verən partlayışın təfərrüatlı araşdırılması üçün Rusiya, Ukrayna, habelə BMT və Türkiyə ekspertlərinin iştirakı ilə komissiyanın yaradıla biləcəyini təklif edib.
Ərdoğanın bu təklifinin Putinlə müzakirə edilib-edilməməsinə dair məlumat yoxdur. Cinayətkar törətdiyi əməlin aşkar edilməsinə razılaşarmı?
Yəni Rusiya hidroelektrik stansiyasını partladıbsa Kreml sahibi Ərdoğanın təklifinə müsbət yanaşmayacaq. Digər tərəfdən müharibə elə bir şiddətli mərhələsindədir ki, “sülh” və “danışıqlar” kimi məhfumlar arxa plana keçib.
Elxan Şahinoğlu
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.