Türkiyənin «Aras Cargo» şirkəti Azərbaycanın məşhur KARQO ŞİRKƏTİNİ SATIN ALDI – ÇATDIRMA BAZARI DƏYİŞƏCƏK

8-06-2023, 10:01           
Türkiyənin «Aras Cargo» şirkəti Azərbaycanın məşhur KARQO ŞİRKƏTİNİ SATIN ALDI – ÇATDIRMA BAZARI DƏYİŞƏCƏK
Türkiyənin «Aras Cargo» şirkəti Azərbaycanda «Starex» brendi ilə xidmət göstərən yük daşıma şirkəti «Star Express»in 75 faiz səhmini alıb və Azərbaycanda «Aras Global» brendi ilə yükdaşıma xidmətləri göstərməyə başlayıb.
TEREF.AZ FED.az-a istinadla xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb.

Xatırladaq ki, “Starex.az” şirkəti həm ölkədaxili, həm də beynəlxalq poçt bağlamalarının çatdırılmasını həyata keçirir. Şirkət hal-hazırda Azərbaycan, Türkiyə, Amerika və Çində qeydiyyatdan keçmiş və hər üç ölkədə özünəməxsus ofislərində fəaliyyət göstərir.

«Aras Cargo» elan edib ki, bu addımla Orta Asiya bazarına daxil olan «Aras Kargo», Türkiyədən e-ticarət şirkətlərinin qlobal bazarlara çıxmasına başlayıb. Şirkət elan edib ki, gələcəkdə oxşar investisiyaları digər türk respublikalarında da edəcək.

«Aras Kargo»nun baş direktoru Utku Ayyark bildirib ki, ilin sonunadək digər türk respublikalarında da yatırım ediləcək: «Bu satınalma, bir iş sövdələşməsi olmaqla yanaşı, bizim üçün perspektivli imkanlarla dolu gələcəyə açılan qapıdır. Yeni formalaşmamız, Aras Global-ın ilk sərmayəsi olan Starex markasıdır. Biz təkcə beynəlxalq arenada rolumuzu artırmırıq, həm də Türkiyədən şirkət və sahibkarları Orta Asiya bazarına daşıyırıq. Bu beynəlxalq sərmayədən sonra bu ilin sonuna kimi başqa bir Türk Respublikasında öz brendimizlə fəaliyyətə başlamağı planlaşdırırıq. Bu sərmayələrlə Türk Cümhuriyyətlərindən, ilk növbədə Avropadan başlayaraq, daha sonra qlobal sektorun aparıcı oyunçularından biri olaraq Yaxın Şərq və Amerikaya gedən yolda əhəmiyyətli bir addım atmış olacağıq».

Azərbaycanda e-ticarətin həcmini artıracaq
«Aras Kargo»nun rəhbəri bildirib ki, bu alqı-satqı müştərilərə və alıcılara bir çox faydalar gətirəcək: «Azəri istehlakçıları Türkiyə mərkəzli e-ticarət şirkətlərindən alış-veriş etdikdə, vasitəçi, uçdan-uca çatdırılma xidmətinə sahib olacaqlar.

«Starex»in müştərisi olan şirkətlər üstünlük qazanacaq
Aras Global-ın rəqabətqabiliyyətli qiymətləri və Starex-in "Geniş yayılmış distribütor şəbəkəsinin gücü ilə müştərilər rəqabətdən bir addım öndə olacaqlar. Starex-in Azərbaycanda tərəfdaşlıq etdiyi marketlərin müştəriləri Aras Kargo-nun Starex sayəsində çatdırılmada daha yaxşı alış-veriş təcrübəsi əldə edə biləcəklər».












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.