Kılıçdaroğlunun yanında "çəkilməyi bacarmaq lazımdır" dedi

8-06-2023, 10:38           
Kılıçdaroğlunun yanında "çəkilməyi bacarmaq lazımdır" dedi
10 il CHP-də qrup sədr müavini vəzifəsini icra edən İstanbul millət vəkili Engin Altay məğlubiyyətlə başa çatan seçkilərdən sonra Kamal Kılıçdaroğlunun yanında “Çəkilməyi bacarmaq lazımdır” ifadəsini işlətdiyini bildirib.

Publika.az xəbər verir ki, Altay, "Seçkidə uduzsaq, mənim kimi dostlar kənarda dayanmağı bilsinlər. Məndən başqa öz istəyi ilə geri çəkilən yoxdur. Bu seçkiyə "uğur" deyənlərin ağlına şübhə edirəm" deyib.

Jurnalist İsmail Saymazın "Sizin geri çəkilmə sözünüz Kılıçdaroğluna da aiddirmi?" sualını cavablandıran Engin Altay, “İndi o gün deyil. Kamal bəyin necə hərəkət edəcəyinə baxmalıyıq” deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru