İstanbulda atışma olub: Ölən və yaralananlar var – FOTO/VİDEO
9-06-2023, 12:54
Türkiyənin İstanbul şəhərində silahlı qarşıdurma olub.
Məlumata görə, ətrafına bibər qazı səpən şəxslə ona xəbərdarlıq edən dükançı arasında baş verən dava silahlı qarşıdurmaya çevrilib. Nəticədə 2 nəfər həyatını itirib, 4 nəfər yaralanıb.
Hadisə yerinə gələn polislər qısa zamanda silahlı hücumu həyata keçirən şəxsi saxlayaraq nəzarətə götürüblər.