İttiham: Bu bank müştərilərin vəsaitini silir

9-06-2023, 10:29           
İttiham:
Türkiyənin “Denizbank” bankına qarşı ittiham irəli sürülüb.

Publika.az xəbər verir ki, bankı rusların hesablarından vəsait silməkdə günahlandırırlar. Bu barədə “Forbes” öz mənbələrinə istinadən xəbər yayıb.

Maliyyə qurumu bu cür hərəkətləri xidmət haqqı ilə izah edib. Eyni zamanda, bankın mobil proqramında, əməliyyatların təsvirində vəsaitlərin “hesabın idarə edilməsi haqqı” üçün debet edildiyi göstərilir.

Bankın müştəriləri və nəşrin həmsöhbətləri hesablarında 2000 lirəyə yaxın pul olduğunu qeyd ediblər. Bəzi hallarda vəsaitlər hesabdan tamamilə silinib.

Ruslara Türkiyənin maliyyə qurumlarında hesab açmağa kömək edən bir sahibkarın sözlərinə görə, ən azı üç rusiyalı oxşar vəziyyətlə üzləşib.

O, qeyd edib ki, hər üç halda bank pulu qaytarıb.

“Denizbank”ın nümayəndələri əlavə ediblər ki, vəsaitlərin tam silinməsinə səbəb proqramın yenilənməsi üçün edilən uğursuz cəhddir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru