Qazaxıstanda meşələr yanmaqda davam edir: Yanğınsöndürənlərlə əlaqə itib - VİDEO

10-06-2023, 12:34           
Qazaxıstanda meşələr yanmaqda davam edir:
Qazaxıstanın Karaqanda vilayətinin Abay rayonu ərazisində güclü meşə yanğınları davam edir.

Meşə yanğınları hələ ötən həftədən, ildırımın çaxmasından sonra başlayıb.

Alov 30 min hektar ərazini əhatə edib.

Qazaxıstanın baş nazirin müavini bu gün meşə yanğınları ilə əlaqədar təcili iclası keçirib.
O, iclasda verdiyi məlumatda qeyd edib ki, irimiqyaslı meşə yanğınlarını söndürməyə cəlb edilən fövqəladə hallar xidmətinin əməkdaşlarından 14-ü ilə əlaqə itib. Hazırda onların axtarışı həyata keçirilib.

Mənbə: Sputnik Qazaxıstan












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru