Kılıçdaroğlu İmamoğlunu bu cür sıradan çıxarır…

10-06-2023, 10:17           
Kılıçdaroğlu İmamoğlunu bu cür sıradan çıxarır…
Sorğu şirkətləri seçkini qazanacağımızı deyirdi, biz də qazanacağımıza inanırdıq. Ortaya çıxan mənzərənin ağır məğlubiyyət olaraq görülməsini doğru saymıram. Bunu cəmiyyətin önünə ağır bir məğlubiyyət kimi qoymaq cəmiyyəti ümidsizliyə sövq edər.

Axar.az xəbər verir ki, bu sözləri CHP sədri Kamal Kılıçdaroğlu 28 mayda keçirilən prezident seçkilərinin ikinci turundakı məğlubiyyətdən sonrakı ilk geniş açıqlamasında deyib.

Kılıçdaroğlu dəyişiklik üçün çağırış edən İstanbul Böyükşəhər Bələdiyyə başçısı Əkrəm İmamoğluna da mesaj göndərib:

“İstanbulu CHP-çi birinin idarə etməsi gərəkdir. Qazandığımız bələdiyyəni başqa partiyaya niyə verək? Mən namizəd (CHP sədrliyinə - red.) olmamasını demirəm, amma İstanbul önəmlidir. Namizəd ola bilər”.

Qeyd edək ki, Əkrəm İmamoğlu CHP qurultayında sədrliyə ən şanslı namizəd sayılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru