Türkiyədə raket zavodunda partlayış: Ölənlər var – Video 10-06-2023, 14:56 Türkiyənin Almadağ qəsəbəsində yerləşən raket və partlayıcı zavodunda partlayış olub.Teleqraf.com bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir.İlkin məlumata görə 5 nəfər ölüb, yaralananlar var.Hadisə yerinə yanğınsöndürmə və təcili yardım briqadası cəlb edilib.Qeyd edilib ki, partlayış səhər saatlarında fabrikdəki yanğından sonra baş verib.Partlayışın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb. Facebook-da paylaş