İŞİD-in yüksək rütbəli lideri İstanbulda saxlanılıb

10-06-2023, 12:26           
İŞİD-in yüksək rütbəli lideri İstanbulda saxlanılıb
İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı İstanbulda təşkilatın "Ninova (Mosul) rayon hakimi" ələ keçirilib. AzVision.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı təhlükəsizlik mənbələrindən əldə edilən məlumata istinad ediblər. Bildirilib ki, 3 gün əvvəl İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

İyunun 7-də həyata keçirilən zəncirvari əməliyyatda 9 İŞİD üzvü saxlanılıb. Saxlanılanlar arasında İŞİD-in əsas adamı, sözdə təşkilatın Ninova (Mosul) rayon hakimi J.A. olduğu müəyyən edilib.

Bildirilib ki, İraq əsilli terrorçu ona qarşı irəli sürülən ittihamları etiraf edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru