Tokayev Rusiyaya getməkdən imtina etdi

11-06-2023, 09:55           
Tokayev Rusiyaya getməkdən imtina etdi
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu il Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak etməyəcək.

Bildirilir ki, SPBİF-də Qazaxıstanı baş nazirin müavini Roman Sklyar və iqtisadiyyat nazirinin müavini Timur Jaksılıkov təmsil edəcək.

Sankt-Peterburqda keçirilən tədbirlərdə dövlət başçısının iştirak etməməsinin səbəbləri barədə məlumat verilmir.

Xatırladaq ki, 2022-ci ildə Tokayev Forumun plenar iclasında iştirak edib və bu iclasda bir sıra yüksək səviyyəli bəyanatlar verib. Xüsusilə, o, qondarma DNR və LNR-in müstəqilliyini tanımaqdan imtina edib. Həmçinin, bir sıra mənbələr Kremlin Aleksandr Nevski ordenini Tokayevə təqdim etmək niyyətində olduğunu bildirsə də, o, mükafatdan imtina edib.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov daha sonra bəyan edib ki, heç kim Tokayevi mükafatlandırmaq fikrində olmayıb. (Mənbə: mk.ru)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru