Kamal Kılıçdaroğluna ağır ittiham: CHP tarixinin ən qorxaq başqanıdır

12-06-2023, 14:49           
Kamal Kılıçdaroğluna ağır ittiham:
Demokratiyadan daha çox oliqarxiyanı xatırladan CHP-də mövcud nümayəndə quruluşu CHP sədri Kamal Kılıçdaroğlunun qurultayda ən böyük gücü olaraq önə çıxır.

Publika.az xəbər veriri ki, bu barədə "Sabah" qəzeti yazıb. Bildirilir ki, Kamal Kılıçdaroğlu bələdiyyə sədrlərini təzyiq altında saxlamaqla, qurultaya özünə uyğun nümayəndələrin seçilməsini təmin edir. Bununla da namizədliyi gündəmdə olan İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlunun əl-qolunu bağlayır.

Kılıçdaroğlunun təzyiqi altında bələdiyyə başçılarının il və rayon nümayəndələri üzərində hökmranlığı birbaşa olaraq qurultayın taleyinə təsir edir. CHP-dəki nümayəndə quruluşu və qurultay prosesi ilə bağlı "Sabah"a açıqlama verən CHP-nin keçmiş dövlət naziri Mehmet Sevigen Kılıçdaroğlunu sərt ifadələrlə ittiham edib:

Kılıçdaroğlunun başqanlıqdan əl çəkməmək üçün hər cür cəhd etdiyini və partiya təşkilatını özünə bağladığını bildirən Sevigen, “Kemal bəy ilk olaraq "altılı masa"da deputat kreslolarını başqalarına bağışlamaqla prezidentliyə namizədliyini təmin etdi" deyib:

"İndi o, hazırki bələdiyyə sədrlərini təzyiq altında saxlamağa, kreslosunu qorumağa çalışır. Ölkənin taleyi CHP-nin indiki bələdiyyə sədrlərinin əlindədir. Birinci kreslo yox, ölkə vacib olmalıdır. Bu yolla kreslosunu qorumağa çalışan Kamal Kılıçdaroğlu CHP tarixinin ən qorxaq başqanıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.