"Mall"da arvadını döyən şəxs polislərə hücum çəkib, söyüş söydü - Çətinliklə tutuldu (ANBAAN VİDEO)

13-06-2023, 08:04           
"Mall"da arvadını döyən şəxs polislərə hücum çəkib, söyüş söydü -
İzmirin Bornova mahalında "Mall"ların birində (Alış-veriş mərkəzlərinin) dəhşətli hadisə baş verib.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, Kişinin qadını döydüyünü görən ətrafdakı vətəndaşlar vəziyyətlə bağlı polisə məlumat veriblər.

Hadisə yerinə gələn polis əməkdaşları həyat yoldaşına qarşı zorakılıq edən M.Y.-ni sakitləşdirməyə çalışıb.

Həmin vaxt hadisəni törədən şəxs polislərin üzərinə hücum çəkib, söyüş söyməyə başlayıb. Bu zaman polislər M.Y-ni tutmaq istəyib.

Polisə təslim olmamaq üçün müqavimət göstərən şübhəli gözyaşardıcı qazın tətbiqindən sonra zərərsizləşdirilib. Həmin anlar ticarət mərkəzində vətəndaşlar tərəfindən mobil telefon kamerası ilə lentə alınıb.

Digər tərəfdən, polislər tərəfindən nəzarətə alınan M.Y.-nin "qəsdən adam öldürmə və silahla yağmalama" cinayətlərindən 19 il həbs cəzası aldığı öyrənilib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.