İstanbul hava limanında rekord göstərici qeydə alındı

13-06-2023, 11:18           
İstanbul hava limanında rekord göstərici qeydə alındı
İstanbul Hava Limanında dünən ümumilikdə 1684 uçuş həyata keçirilib.

Bununla da Avropa hava limanları arasında bütün zamanların ən yüksək gündəlik hava trafikinə nail olunub.

Bu barədə İGA hava limanının operatoru məlumat verib.

Bildirilib ki, dünən İstanbul Hava Limanına 1684 təyyarənin uçuş və enişi reallaşıb.

Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının məlumatlarına görə, daha əvvəl 2019-cu ilin sentyabr ayında Almaniyanın Frankfurt Hava Limanında 1624 eniş-uçuşla ən yüksək gündəlik hava trafiki qeydə alınıb.

Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru