Kılıçdaroğlunu belə təhqir edən olmamışdı: Siz artıq insanlara...

13-06-2023, 14:47           
Kılıçdaroğlunu belə təhqir edən olmamışdı: Siz artıq insanlara...
Fatih Portakal kəndlərdə yaşayan vətəndaşları aşağılayan Kamal Kılıçdaroğlu ilə İmamoğlu və Özgür Özəl kimi adlara namizəd göstərməyə çalışan Faiq Öztrakı canlı yayımda ağır sözlərlə hədəfə alıb.

Publika.az xəbər verir ki, seçkilərdən 12 gün sonra ekranlara çıxan Kılıçdaroğlu kənd və yaylaqlarda yaşayan vətəndaşları aşağılayan ifadələr işlədib.

Kılıçdaroğluna müraciət edən Portakal "Belə təkəbbürlü bir baxış ola bilməz. Siz İç Anadoludan tamamilə getmisiniz. Seçiciləri ələ salırsınız. Hansı dünyada yaşayırsınız? Siz artıq insanlara maraqlı deyilsiniz. O kresloda oturmamağınız üçün hər şey edəcəm" deyib.

İmamoğlu və Özələ səslənən Portakal deyib: “Dəyişiklik istəyirsinizsə, ortaya çıxın və cəsarətli olun!”

Portakalın bu sözlərinə cavab olaraq, CHP-nin tərəfdarı olan yazıçı Bilgin Gökberk "müxalifət mediası müxalifət partiyaları qarşısında içlərindəki kriptoları təmizləsin" dedi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru