Şok olay: 65 yaşlı kişi qardaşını güllələdi

14-06-2023, 12:08           
Şok olay: 65 yaşlı kişi qardaşını güllələdi
Türkiyənin Çorum şəhərində axşam saatlarında iki qardaş arasında çıxan dava qanla bitib.
Türkiyə mediası bildirir ki, Süleyman A. (65) ilə qardaşı Səlahəddin A arasında naməlum səbəbdən mübahisə düşüb.
Mübahisə qısa zamanda davaya çevrildiyindən Səlahəddin A. yanında olan silahla qardaşı Süleyman A.-ya atəş açıb. Ayaqlarından güllə yarası almış Süleyman A. əraziyə çağırılan təcili yardımla xəstəxanaya çatdırılıb.

Polis əməkdaşlatının axtarış əməliyyatı nəticəsində qardaşını vuran Səlahəddin A. hadisədə istifadə etdiyi tapança ilə qısa müddətdə yaxalanıb.

Faktla bağlı istintaq hələ də davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru