Kılıçdaroğlu və sabiq deputatların dosyesi Ərdoğanın masasında

15-06-2023, 11:04           
Kılıçdaroğlu və sabiq deputatların dosyesi Ərdoğanın masasında
Parlamentin Ədliyyə Konstitusiya Birgə Komitəsi, 28-ci dönəmdə seçilməyən və son dönəmdə TBMM-ə göndərilən deputatların toxunulmazlıq dosyelərini Prezident R.T.Ərdoğana təhvil verib.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, CHP sədri Kamal Kılıçdaroğlu da daxil olmaqla millət vəkillərinə qarşı 1190 toxunulmazlıq faylı Ədliyyə Nazirliyinə göndəriləcək.

Nazirlik həmçinin keçmiş deputatların cinayət məsuliyyətinə cəlb edilə bilməsi üçün toxunulmazlıq qeydlərini müvafiq prokurorluqlara göndərəcək.

Seçkilərdə məğlub olan Kılıçdaroğlu millət vəkili olmadığı üçün toxunulmazlığı da ləğv olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru