Türkiyə və İsveç NATO-ya üzvlüklə bağlı danışıqları davam etdirəcək

15-06-2023, 08:00           
Türkiyə və İsveç NATO-ya üzvlüklə bağlı danışıqları davam etdirəcək
İsveçin NATO-ya üzvlük danışıqlarındakı nümayəndəsi Oskar Stenström çərşənbə günü Ankarada türkiyəli həmkarları ilə görüşdən sonra bildirib ki, tərəflər hələ də razılığa gəlməkdən uzaqdırlar.

O, əlavə edib ki, tərəflərin alyansa üzvlük məsələsi üzrə danışıqları davam edəcək.

“Lakin biz məqsəddən uzağıq. Biz düzgün istiqamətdə addımlar atmışıq”, - deyə İsveç rəsmisi bəyan edib.

Stenström Türkiyə tərəfinə İsveçin bir il əvvəl Madriddə imzalanmış memorandumun bəzi hissələrini yerinə yetirdiyini və PKK ilə mübarizəyə daha çox diqqət yetirdiyini izah edib.
“Biz xoş bir atmosferdə nahar etdik və tezliklə bir-birimizlə yenidən görüşməyə razılaşdıq”, - diplomat yekunlaşdırıb.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru