Türkiyə XİN: “Ankara Rusiya qazından asılılığı azaltmaq istəyir”

16-06-2023, 11:34           
Türkiyə XİN: “Ankara Rusiya qazından asılılığı azaltmaq istəyir”
“Türkiyənin Rusiya qazından asılılığı 36-37% təşkil edir, Ankara onu azaltmaq istəyir”.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Enerji Departamentinin baş direktoru vəzifəsini icra edən Berris Ekinci Vaşinqtonda enerji təhlükəsizliyi üzrə konfransda bildirib.

Onun sözlərinə görə, Türkiyə qazı Xəzər, Şərqi Aralıq dənizi və İraqdakı yeni mənbələr hesabına əldə edəcək.

Xatırladaq ki, Türkiyənin energetika naziri Fatih Dönməz qeyd edib ki, enerji qiymətlərindəki artım ödənişlərin təxirə salınmasına böyük təsir edib. Razılaşmaya əsasən, Türkiyənin Rusiyaya 4 milyard dollara qədər enerji ödəməsi gələn ilə qədər təxirə salına bilər.
Reuters












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru